RU

Azərbaycanı müasirləşdirən, regiona sülh, sabitlik və əmin-amanlıq gətirən lider

“1991-ci ildə SSRİ dağılanda Sovet İttifaqının Mərkəzi Komitəsində ən yüksək səviyyəli idarəetmə orqanında çalışmış Ümumilli Lider Heydər Əliyev regional və dünya siyasətində, dünyanın gələcək perspektivində ən yaxşı biliyə və təcrübəyə malik lider idi”.

Bunu Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-mayor Yücel Karauz bildirdi.

Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycanda gördüyü ilk tarixi işlərdən biri “Biz bir millət, iki dövlət” vədidir:

“İqtisadiyyatın ağır vəziyyətdə olduğu, daxili siyasi təlatümlü bir vaxtda Naxçıvandan Bakıya gələndə əslində onun ağlında artıq bir yol xəritəsi var idi. Bu yol xəritəsi həm Azərbaycanı müasirləşdirmək, həm də regiona sülh, sabitlik və əmin-amanlıq gətirmək üçün nələrin edilməli olduğu haqqında idi.

Ümummilli Lider türk dünyasına öz perspektivini ortaya qoyması, Türkiyə və Azərbaycan arasında inkişaf etdirdiyi əlaqələrlə türk dünyasının gələcəyini müəyyən edəcəyini bilirdi. İkincisi, enerji nəqli və enerji təhlükəsizliyi baxımından “Əsrin müqaviləsi” ilə bu gün Azərbaycanın təbii qaz və enerji sahəsində Avropaya ixracının əsası qoyuldu.

Heydər Əliyev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə birlikdə Sovet İttifaqından ayrılmış Türk Cümhuriyyətləri ilə ikitərəfli əlaqələrin inkişafına önəm vermiş və onların həvəsləndirilməsinə şərait yaratmışdır. Həmçinin Heydər Əliyev dövründə “Ümid” körpüsünün açılışı, iqtisadi əlaqələrin yüksəldilməsi, ordunun modernləşdirilməsində Türkiyə ilə əməkdaşlıq, Şuşa Bəyannaməsinə qədər uzanan fəlsəfə və ideologiya Türk Dövlətləri Təşkilatının təməli hesab olunur.

Eyni zamanda, onun kursantları Türkiyədəki hərbi məktəblərə göndərməsi və Azərbaycanda hərbi məktəbin yaradılması da bu müstəvidə önəmli idi. Həmçinin sonradan Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) təsis edilməsinin təməlində də onun siyasəti dayanır”.

Избранный
0
publika.az

1Источники