Maraqlıdır ki, rus Manilada məhz qadağan olunmuş maddəyə görə həbs edilmişdi.

Bizimyol.info xəbər verir ki, Kirdyuşkin artıq azadlıqdadır. O, uyğun sənədləri hazırlamağa çalışır ki, Filippini tərk etsin. Buna baxmayaraq, Rusiya vətəndaşı aeroportda narkotiki keçirmək üçün hansı metoddan istifadə olunmasından danışmağa çəkinməyib.
Kirdyuşkin həbsxanada Meksika narkokartellərinin münayəndələri ilə birlikdə həbs həyatı yaşayıb. Onlar Yuriyə aeroportlarda hansı metodlardan istifadə etdiklərini danışıblar. Sən demə, narkokartel üzvləri hava limanlarının işçiləri ilə əməkdaşlıq edirlər. Kirdyuşkin deyir ki, aeroportlarda çemodanlar təsadüfən itmir. Bunu bir çox hallarda səhnələşdirirlər. Çemodan itir, sonra bunun içində narkotik maddə keçirilir. Bəs narkokartel üzvləri necə "ilişir”? Sadəcə, ona görə ki, polis hesabat verməlidir, buna görə hərdən həbslər də olmalıdır.
www.anews.az