RU

"Mançester Siti" Juninyonun komanda yoldaşını transfer edir

BAKI, 10 may. TELEQRAF

İngiltərənin "Mançester Siti" klubu Braziliyanın "Flamenqo" komandasının futbolçusu Uesli Fransa ilə maraqlanır.

Teleqraf xəbər verir ki, bu barədə X sosial şəbəkəsində insayder Pablo Oliveyra məlumat yayıb.

Mənbənin məlumatına görə, “şəhərlilər” artıq 22 yaşlı braziliyalı sağ cinah müdafiəçisinin transferi ilə bağlı danışıqlara başlayıb.

"Flamenqo" Fransanın keçidindən 45 milyon avro gəlir əldə etmək istəyir.

Qeyd edək ki, Uesli Fransa cari mövsüm ərzində keçirdiyi 19 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin sonuna kimidir.

"Flamenqo"da "Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo çıxış edir. O, qış transfer pəncərəsində Ağdam klubundan Braziliya komandasına transfer olunub.

Избранный
0
teleqraf.com

1Источники