GƏNCƏ, 10 may. TELEQRAF
Gəncədə iki avtomobilin toqquşması nəticəsində baş verən yol qəzasında ər-arvad xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Qəza zamanı Gədəbəy rayon Dəyəqarabulaq kənd sakinləri 1947-ci il təvəllüdlü Ələddin Qurbanov və həyat yoldaşı1956-cı il təvəllüdlü Həqiqət Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki şəxs Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb