RU

“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın” — VİDEO

Sumqayıtda baş vermiş yanğının təfərrüatı məlum olub.
 
Demokrat.az xəbər verir ki, hadisə şəhərin "Qurd dərəsi" adlı ərazisində yerləşən fərdi yaşayış mənzillərinin birində qeydə alınıb.
 
Ev sahibi Zakir Qasımov isə yanğını qəsdən törətdiyini söyləyib: "Evi özüm yandırmışam. İstəmirəm ki, arvadıma, oğluma qalsın, 10 ildir ki, aramızda söz-söhbət var", - deyə o söyləyib.
 
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
 
Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Ətraflı Baku TV-nin süjetində:
 
Избранный
0
1
demokrat.az

2Источники