RU

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər


 Mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.

Ulu Öndərin məzarı önünə tər güllər düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi yad olunub, məzarı önünə güllər qoyulub.


Избранный
0
1
azia.az

2Источники