Bakı. Trend:
Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdənbağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindəntəmin olunub.
Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədənborclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.