PKK terror qruplaşması bu gün tarixi qərarını açıqlaya bilər.
"Cebheinfo.az" xəbər verir ki, terror qruplaşmasının silah buraxaraq, ləğv olunduğunu elan etməsi gözlənilir.
Sözügedən qərarın açıqlanmasından sonra, PKK-nın Türkiyədəki fəaliyyətinə son veriləcək.Bu qərarın verilməsindən sonra Ankarada hökumətin toplanaraq atılacaq addımları müzakirə edəcəyi proqnozlaşdırılır.
Həmçinin, PKK-nın tarixi qərarını elan etməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın və ya daxili işlər naziri Ali Yerlikayanın mövzu ilə bağlı açıqlama verəcəyi deyilir.Qeyd edək ki, PKK 5-7 may tarixində qurultay keçirib.
Sözügedən qurultayda qəbul edilən tarixi qərarların bu gün ictimaiyyətə açıqlanması gözlənilir.