“Ögey ana” və “Fəryad” filmlərinin baş qəhrəmanına həyat verən mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Rusiya paytaxtında küçədə yaşayır.
Viral.az xəbər verir ki, bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.
Onun sözlərinə görə, aktyorun yeganə övladı uzun müddət öncə Azərbaycandan gedib: “Niyə görə gedib? Küsüb gedib? Nə baş verib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və nə üçün qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsələr də, qəbul etmir, gizlənir, tez-tez yerini dəyişir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Ceyhun qızı Mirzəyeva …”
Son Yazılar:
- Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır
- Beyləqanda körpə ÖLDÜ
- Nazirlik erməni təxribatıyla məlumat YAYDI
Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film “Fəryad” olub. O, 47 yaşının tamamına az qalmış – 1993-cü il martın 5-də vəfat edib.
Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib (Qafqazinfo).