Beyləqan Mərkəzi rayon Xəstəxanasında körpə ölümü baş verib. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Belə ki, 2025-ci il təvəllüdlü körpə xəstəxanaya gətirilib. Onun səhhədi ağır olduğu üçün həyatını xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində keçinib.