RU

Demoyan: “Erməni hərbçiləri Moskvada olsaydı, velosipedlə Azərbaycan əsgərinin arxasıyca gedəcəkdi”

Məlum olduğu kimi, dünən Moskvada keçirilən hərbi parada Ermənistanın baş naziri Nikol Paşinyan qatılsa da, Ermənistan hərbi kontingenti iştirak etməyib.

Tribunainfo.az xəbər verir ki, bu məsələ Irəvanda ciddi müzakirələrə səbəb olub.

Rısmi qurumlar bildiriblər ki, Moskvadakı paradda Ermənistan ordusunun iştirak etməsinə lüzum görməyiblər.

Ekspert Hayk Demoyan isə deyib ki, erməni hərbçilərinin Moskvaya getməməsi alçaldıcı hərəkət olub: “Bu, ssenari ilə planlaşdırılan növbəti alçaldıcı hərəkət idi. Yeganə təsəlli odur ki, Paşinyanı azərbaycanlıların arxasınca əlifba sırası ilə Qızıl Meydanda Almaniya istehsalı olan velosipedlərlə getməyə məcbur edilməyiblər”.

Digər erməni ekspert Tiqran Vardanyan isə iddia edib ki, belə bir göstəriş Bakıdan gəlib: “Əminəm ki, Ermənistan  Silahlı Qüvvələrinin bölməsi Əliyevin birbaşa göstərişi ilə Moskvadakı hərbi paradda iştirak etməyib”.

Fərda Uğur

Избранный
0
tribunainfo.az

1Источники