"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellingem karyerasını Almaniyada davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 19 yaşlı ingilis futbolçu ilə Dortmund "Borussiya"sı maraqlanır. Bu transfer Almaniya təmsilçisinə 29,5 milyon avroya başa gəlir bilər.
Cobun hazırda "Real"ın formasını geyinən qardaşı Cud da vaxtilə Dortmund klubunda çıxış edib.