RU

Xavaca Asif: Hindistanın hücumu zamanı cəmi bir avtomobil zədələnib

BAKI, 10 may. TELEQRAF

Hindistan ötən gecə üç obyektə hücumu zamanı Ravalpindidəki Nur Xan bazasındakı avtomobil istisna olmaqla, Pakistanın hava bazalarına heç bir ziyan dəyməyib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan müdafiə naziri Xavaca Asif məlumat verib.

Onun sözlərinə görə, dron hücumlarında cüzi itkilər istisna olmaqla, ciddi zərər yoxdur.

Pakistan dövlət mediası isə bildirir ki, Hindistanın hücumu Rəhim Yar Xanda Şeyx Zayed Beynəlxalq Hava Limanına zərər vurub.

“Hindistan Pakistan və BƏƏ arasındakı dostluq simvolunu hədəfə alıb”, - mənbə qeyd edir.

Избранный
0
teleqraf.com

1Источники