RU

Bu işçilərin əməkhaqqı ikiqat VERİLƏCƏK - MÜHÜM XƏBƏR

Azərbaycanda bəzi hallarda işçilərə əməkhaqlarının ikiqat ödənilməsi qanunvericiliklə nəzərdə tutulub. Əmək Məcəlləsinə əsasən, bu ödənişlər əsasən bayram günlərində, istirahət vaxtlarında və əlavə iş saatlarında çalışanlara şamil olunur.

Əmək hüququ üzrə mütəxəssis Əkrəm Həsənov bu barədə News24.az-a bildirib ki, bəzi hallarda işçilərə əlavə işlədiklərin görə, ikiqat əməkhaqqı ödənilir:

"Rəsmi qeyri-iş günü olan bayram və istirahət günlərində işə cəlb edilən əməkdaşlara 200 faiz (ikiqat) əməkhaqqı ödənilməlidir. Əgər bu günlərdə işləmək könüllü razılaşma ilə baş tutubsa, işçi əlavə istirahət günü almaq əvəzinə ikiqat maaş ala bilər. Əmək Məcəlləsinə görə, gündəlik və ya həftəlik müəyyən olunmuş iş saatlarından artıq işləyən əməkdaşlara artırılmış, yəni ikiqat ödəniş edilməlidir. Bu hal "mətbəx saatları", növbəli sistem və təcili iş hallarına şamil olunur".

Ekspert qeyd edir ki, 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə yalnız onların yazılı razılığı ilə yol verilir:

"İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu AR Əmək Məcəlləsinin "Əməyin mühafizəsi" bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. İş vaxtından artıq işlərə işçilər müəssisə rəhbərinin əmri ilə cəlb olunurlar. Əmrdə iş vaxtından artıq işin səbəbləri, vaxtı, işçilərin siyahısı və əlavə əmək haqqının məbləği qeyd olunur".

Aqil Qarayev

Избранный
0
news24.az

1Источники