Hindistanlı televiziya eksperti İran xarici işlər nazirinə qarşı təhqiramiz ifadə işlədib.
İnterpress.az xəbər verir ki, Hindistanın milli müdafiə üzrə eksperti general-mayor Quru Arya Əraqçi Yeni Dehlidə olarkən canlı televiziya proqramında İranın xarici işlər naziri Abbas Əraqçini “donuz” adlandırıb.
O, Əraqçi bir neçə gün əvvəl Pakistan rəsmiləri ilə görüşərkən İranı Pakistanı himayə etməkdə günahlandırıb və İranı HƏMAS-a maliyyə dəstəyinə görə “terrorizmin dövlət sponsoru” adlandırıb.
Bu həm də Hindistandakı ekstremist hinduların müsəlmanlara qarşı ictimai əhval-ruhiyyəsinin bir hissəsidir və Narendra Modinin hakimiyyətə gəlişindən bəri fəal şəkildə təbliğ olunur.
Xuraman Etibarlı
İnterpress.az