"Sotheby's" hərrac evi 20 milyon dollara satılması gözlənilən 10 karatlıq brilyant təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə ntdtv.ru məlumat verib.
Qeyd olunur ki, qiymətli daş "Aralıq dənizinin mavi brilyantı" (Mediterranean Blue) adlandırılıb. Almaz Cənubi Afrika Respublikasında tapılıb.
Cari hərrac mayın 13-də keçiriləcək.
Xatırladaq ki, doqquz il əvvəl Cenevrədə "Christie's" auksionunda daha bir mavi brilyant rekord qiymətə satılmışdı. Həmin vaxt qiymətli daş 68 milyon 700 min dollara satılıb.
Poliqon.info