RU

Masallıda rayon rəhbəri Kolatan kəndində stadionun açılış mərasimində » AzadMedia.az


09 may 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Böyük Kolatan kəndində xeyriyyəçilərin maliyyə dəstəyi inşa olunmuş mini-futbol stadionun açılış mərasimində iştirak etmişdir.
Mərasimdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkədə idmana göstərilən diqqət və qayğıdan bəhs edərək yeni stadionun açılışı münasibəti ilə kənd sakinlərini təbrik etmişdir.

Qeyd edək ki, Böyük Kolatan kəndində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli istifadə etməsi, idmana marağın artırılması və sağlam həyat tərzi ilə əlaqədar olaraq xeyriyyəçilər tərəfindən tikilmiş mini futbol meydançası üçün 2100 kv.metr süni ot örtüyü döşənmiş və stadionda digər şəraitin yaradılması üçün ümumilikdə 20000 manat məbləğində vəsait sərf olunmuşdur.
Yaradılmış şəraitlə əlaqədar rayonun Böyük Kolatan kəndində Kolatan uşaq futbol klubu yaradılmışdır.
Избранный
0
1
azadmedia.az

2Источники