Məşhur kubalı astroloq Meni Vidente “İnter Mayami”nin və Argentina millisinin əfsanəvi futbolçusu Lionel Messi ilə həyat yoldaşı Antonela Rokutsonun tezliklə ayrılacaqlarını bildirib.
Bu barədə “La Repubblica” nəşri məlumat yayıb.
O, mənbəyə müsahibəsində Messinin başqa qadınla münasibətdə olduğunu, Antonelanın isə tezliklə başqa kişi ilə münasibət quracağını iddia edib.
Mənbə bu proqnozların daxili məlumatlara və ya Videntenin mənəvi baxışlarına əsaslandığını bildimir, lakin astroloq dəqiq proqnozlar verdiyi üçün yüksək nüfuza malikdir.
Antonelanın vəziyyətini təsvir edən Vidente bunları deyib: “O, daha Messiyə dözə bilmir”.
Xatırladaq ki, cütlük gənclik illərindən birlikdədir və üç uşaq böyüdür.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта