RU

ABŞ Çin-Rusiya ittifaqını digər ölkələrin təhlükəsizliyi üçün təhdid hesab edir

ABŞ dövlət departamentinin nümayəndəsi Çin və Rusiya arasında əməkdaşlığın davam etməsinin Birləşmiş Ştatlar və digər ölkələrin təhlükəsizliyinə və firavanlığına mənfi təsir edəcəyini hesab edir.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

"ABŞ Prezidenti Donald Trampın dediyi kimi, bu iki nüvə dövləti arasında əməkdaşlığın davam etməsi qlobal qeyri-sabitliyi daha da ağırlaşdıracaq. Birləşmiş Ştatları və digər ölkələri daha az təhlükəsiz və daha az firavan edəcək", - adı açıqlanmayan amerikalı diplomat Çin Sədri Si Cinpinin Moskvaya səfərinin yekunlarına dair Rusiya və Çinin birgə bəyanatının Koreya yarımadası ilə bağlı hissəsini şərh edib.

Sənəddə qeyd olunub ki, Rusiya və Çin "müvafiq dövlətləri" birtərəfli sanksiyalardan və güc təzyiqindən, həmçinin Şimal-Şərqi Asiyanın militarizasiyası və orada qarşıdurmanın təhrik edilməsi kursundan imtina etməyə, Koreya yarımadasında gərginliyin azaldılması üçün addımlar atmağa çağırır.

ABŞ rəsmisi həmçinin "Ukrayna münaqişəsi zamanı Çinin Rusiyanın müdafiə sənayesinə dəstəyini" qeyd edib.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Moskva və Pekinin Şimali Koreyanı müdafiə etdiyi Rusiya-Çin bəyanatının bir hissəsini "peşmançılığa layiq" adlandırıb.

Избранный
0
50
report.az

10Источники