RU

Avropa liderləri Kiyevdə: Atəşkəs təşəbbüsü müzakirə olunur- ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Polşa Baş naziri Donald Tusk Kiyevə səfər ediblər. Onların səfəri Avropa ölkələrinin ABŞ-nin təşəbbüsünə bənzər atəşkəs planı ilə çıxış etməyə hazırlaşdıqları bir vaxta təsadüf edir. Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın "Obşestvennoye. Novosti" nəşri məlumat yayıb.
Ukrayna Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Kiyevdə keçiriləcək danışıqlar "istəkli koalisiyası" çərçivəsində aparılacaq. Görüşün digər detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, 9 mayda Fridrix Mers Avropa İttifaqı üzvlərinin ABŞ Prezidenti Donald Trampın Ukraynada 30 günlük atəşkəs təklifi ilə oxşar bir kommyunike layihəsi hazırladıqlarını bildirib. Bu sənədin yaxın günlərdə təqdim olunacağı gözlənilir.
Kiyevdəki görüşdə ABŞ nümayəndələrinin iştirakı gözlənilmir. Bununla belə, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, 8 may tarixində Prezident Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş telefon danışığında 30 günlük atəşkəs təşəbbüsünün müzakirə edildiyini bildirib.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABC News kanalına verdiyi müsahibədə bəyan edib ki, müvəqqəti atəşkəs üçün Ukraynaya silah tədarükünün dayandırılması vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники