“Mançester Yunayted”in ingilis keçmiş futbolçuları Qari Nevill və Devid Bekhem İngiltərənin “Solford Siti” klubunu satın alıblar.
Arena.az bu barədə “Solford Siti”nin rəsmi saytına istinadən məlumat verir.
“Solford Siti” İngiltərənin dördüncü divizionunda (EFL League Two) top qovur.
Devid Bekhem klubu satın almasını şərh edib:
“Mən Solfordda böyümüşəm. Mənim, burada yaşadığım vaxtlarla bağlı elə isti xatirələrim qalıb ki… Bu yer və buranın sakinləri mənim futbol karyeramda vacib rol oynayıblar. “Solford Siti” öz icamsının düz ürəyində yerləşir. Onun zəngin tarixi var, mən isə növbəti fəslin bir hissəsi olmağıma şadam”, deyə Bekhem vurğulayıb.
“The Athletic” dərgisinin məlumatına görə, səhmdar Piter Lim klubu tərk etdikdən sonra, Bekhem və Nevill “Solford Siti”nin nəticələrini yaxşılaşdıra biləcək sərmayədar tərəfdaşlar axtarışına bir neçə ay sərf ediblər.
Nəticədə “keçmiş “qrımzı şeytanlar” səylərini amerikan konsaltinq firması “Consello”nun təsisçisi Deklan Kelli və Laun-tennis Assosiasiyasının sədri Mervin Devislə birləşdiriblər. Bu şəxslər “Solford Siti”nin direktorlar şurasının həmsədrləri olacaqlar.
Xatırladaq ki, hazırda Qari Nevill futbol təhlilçisi olaraq çalışır və nüfuza malikdir. Bekhem isə ABŞ-da yaşayır və “İnter Mayami”nin həmsahiblərindən biridir.
46 oyundan 69 xalla “Solford Siti” Liqa 2-nin 2024/2025-ci illər mövsümünü yarış cədvəlinin 8-ci pilləsində başa vuraraq, Liqa 1-ə çıxa bilməyib.