RU

Beş ölkənin lideri Ukraynaya yola düşüb

Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer Ukraynaya səfərə yol düşüblər.

“İki sahil” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, siyasətçilər Polşanın baş naziri Donald Tusk ilə birlikdə mayın 10-da Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Onların Ukraynaya gələcək dəstək məsələlərini müzakirə edəcəyi gözlənilir.

Birgə bəyanatda onlar ABŞ prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışını dəstəkləyiblər. Onlar hesab edirlər ki, bu, ədalətli və davamlı sülhə dair müzakirələr üçün məkan yaratmalıdır.

Избранный
0
3
ikisahil.az

10Источники