Hicama min illərdir istifadə edilən ənənəvi müalicə üsuludur. Son illərdə yenidən maraq qazanan bu üsulla bağlı ən maraqlı məsələlərdən biri də onun nə qədər tez-tez edilməsidir.
Medicina.az xəbər verir ko, hicama bədəndən toksinləri çıxarmaq və qan dövranını tənzimləmək üçün istifadə edilən ənənəvi müalicə üsuludur.
Düzgün vaxtlarda və uyğun fasilələrlə həyata keçirildikdə faydalı ola bilər.

Mütəxəssislər deyirlər ki, hicamanın ildə 2-4 dəfə edilməsi kifayətdir. Bu, sağlamlıq vəziyyətindən asılı olaraq arta və ya azala bilər.
İki hicama seansı arasında ən azı 15 gün olması tövsiyə olunur. Bu müddət orqanizmin bərpası və müalicənin öz təsirini göstərməsi üçün vacibdir.
Lakin hər kəsin orqanizmi fərqli olduğu üçün hicama tezliyi mütəxəssislə məsləhətləşərək müəyyən edilməlidir.