RU

Müharibə şahidi tükürpərdici hadisələrdən DANIŞDI: "Can verirdim, gördüm, başımın üstündə dayanıb"

Əbiş Zamanov İkinci Dünya müharibəsinin yaşayan azsaylı veteranlarındandır.

O, 1923-cü ildə Cəlilabadın Astanlı kəndində anadan olub. Veteran ağrılı-acılı günlərdən yadigar saxladığı təqvimi vərəqlədikcə sanki xatirələrini təzələyir.

"Bir şeyi heç vaxt unutmuram. Can verirdim, gördüm, başımın üstündə bir polis zabiti durub. Dedi ki, ölüm sözünü ağlından çıxar, qorxma, sən çox yaşayacaqsan. Onun ürək-dirək verməsi məni hələ də yaşadır", - deyə o söyləyib.

Əbiş Zamanov müharibədən sonra ailə qurub. Beş övladı, onlarla nəvə və nəticəsi var. Onlara tez-tez həm müharibənin dəhşətindən, həm də böyük qələbədən söz açdığını bildirir. 102 yaşlı qəhrəmanımız deyir ki, ən böyük qüruru isə 44 günlük Vətən müharibəsindəki zəfərimizdir.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
0
2
musavat.com

10Источники