RU

İstanbulda İsrail konsulluğuna silahlı hücum - VİDEO

Mayın 9-da İstanbulda yerləşən İsrailin Baş Konsulluğu yaxınlığında silah səslərinin eşidilməsi yerli hüquq-mühafizə orqanlarını hərəkətə keçirib.

Musavat.com xəbər verir ki, İstanbul Valiliyindən verilən məlumata görə, saat 14:30 radələrində baş verən hadisə ilə bağlı aparılan araşdırmalar zamanı silahla havaya atəş açan şəxsin 56 yaşlı B.K. olduğu müəyyən edilib. Həmin şəxs İstanbulun Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxs əlində kurusıkıdan düzəldilmiş tapança və qılıncla konsulluq ərazisinə yaxınlaşıb və “İsraili istəmirəm!” deyə qışqıraraq havaya 5 dəfə atəş açıb.

B.K-nın üzərində gümüş-siyah rəngli tapança, ona taxılmış daraq və bir qılınc aşkar olunub. Hadisə yerində silaha aid olduğu ehtimal edilən 3 ədəd boş giliz tapılıb. Onun daha əvvəl də müxtəlif cinayətlərlə – o cümlədən qəsdən və ehtiyatsızlıqdan adam yaralama, silah qanunvericiliyinə zidd davranış və digər hüquq pozuntuları ilə əlaqədar 7 dəfə “şübhəli şəxs” kimi qeydə alındığı bildirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq davam etdirilir. 

Избранный
0
50
musavat.com

10Источники