Tehran Vaşinqtona nüvə silahına sahib olmaq istəmədiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
“Biz mövqeyimizi bildirdik. İranlıların nüvə bombası ola bilməz. Onlar da cavab olaraq, bu silaha sahib olmaq istəmədiklərini bildirdilər”, – deyə o vurğulayıb.