RU

“Real” onunla razılığa gəldi

Xabi Alonsonun yeni iş yerinin böyük ölçüdə müəyyənləşdiyi məlum idi.

"Football-plus.az" xəbər verir ki, “Real” rəhbərliyi hazırda “Bayer-04”ü çalışdıran mütəxəssis ilə üçillik müqavilə üzrə danışıqlarda razılığa gəlib.

“Marca” qəzetinin məlumatına görə, ispaniyalı mütəxəssis may ayının sonunda yeni komandaya qoşulacaq və Karlo Ançelottini əvəz edəcək.

Madrid klubu Alonsoya futbolçuların transferinə dair qərarların baş məşqçi deyil, klub rəhbərliyi tərəfindən veriləcəyini bildirib. Alonso da bu şərtlə razılaşıb.

“Real”ın yeni məşqçi heyətinə həmçinin Sebas Parrilya köməkçi məşqçi, Alberto Ensinas isə fiziki hazırlıq üzrə məşqçi kimi daxil olacaq.

Избранный
0
7
football-plus.az

8Источники