RU

“Lada” modeli Əmirliklərdə satılmağa başlanıb...

...BƏƏ-də Rusiyanın “Lada” yolsuzluq avtomobillərinin “Niva Legend and Travel”, eləcə də “Vesta” sedanlarının satışına başlanılıb. “Autopotok” teleqram kanalının məlumatına görə, Dubaydakı dilerdə ilk iki modelin qiymətləri 65 min dirhəmdən (təxminən 1,5 milyon rubl), “Vesta” üçün isə 83 min dirhəmdən (təxminən 1,9 milyon rubl) başlayır.

Lada-nın bu ölkədəki distribyutoru AvtoVAZ-ın tərəfdaş şirkəti Pearl Plus Motorsdur, lakin avtomobillər faktiki olaraq özəl olaraq idxal olunduğu üçün BƏƏ-də sertifikatlaşdırılmayıb.

BƏƏ-də Lada üçün brend servis hələ də yaradılır.

SİA-nın məlumatına görə, aprelin sonunda Dubayda yeni “Iskra” və “Aura” da daxil olmaqla, Lada model silsiləsinin təqdimatı keçirildi.

Nazlı Almuradova

Избранный
0
sia.az

1Источники