Azərbaycanın Çexiyadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
Teleqraf xəbər verir ki, məlumatı Azərbaycanın Praqadakı səfirliyi yayıb.
Tədbir zamanı ulu öndərin büstünün açılış mərasimi keçirilib.
Əsərin müəllifi dünya şöhrətli heykəltəraş Sergey Eylanbekovdur.