RU

ABŞ rəsmisindən SENSASİON AÇIQLAMA: “İran bunu qəbul edib”

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Ceyson Uitkoff İrana dair sensasion açıqlama verib.

KONKRET.az xəbər verir ki, o, Breitbart News-a müsahibəsində bildirib ki, Vaşinqton artıq öz mövqeyini aydın şəkildə ortaya qoyub: “İranın nüvə bombasına sahib olması qəbuledilməzdir. Onlar isə cavab olaraq bildiriblər ki, belə bir silah istəmirlər. Bu bəyanatı hələlik doğru qəbul edirik”.

Uitkoffun sözlərinə görə, əgər bu, doğrudan da İranın real mövqeyidirsə, onda Tehran nüvə imkanlarından tamamilə imtina etməlidir:

“İranın uranı zənginləşdirmə obyektləri sökülməlidir. Orada heç bir sentrifuq qalmamalıdır. Mövcud nüvə yanacağı isə seyrəldilərək ölkədən uzaq bir yerə göndərilməlidir. Əgər onlar həqiqətən də mülki nüvə proqramı istədiklərini deyirlərsə, o zaman Busherdəki mövcud mülki reaktor onlara kifayətdir. Bu obyekt yalnız enerji istehsalı və digər sülh məqsədləri üçün istifadə edilə bilər, çünki orada sentrifuq yoxdur”.

Trampın keçmiş nümayəndəsi vurğulayıb ki, İran doğrudan da bu proqramla irəliləmək istəyirsə, şəffaf və sülhməqsədli addımlar atmalıdır.

Natiq Səlim,
KONKRET.az

Избранный
0
konkret.az

1Источники