RU

Masallı şəhər 4 saylı körpələr evi-uşaq bağçasına baxış » AzadMedia.az


09 may 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev Masallı şəhər 4 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış olmuşlar.
Ziyarət zamanı rayon rəhbəri ilə birlikdə regional idarənin müdiri də bağçanın pedaqoji kollektivinə və körpələrə uğurlar arzulamışlar.

Bildiririk ki, Masallı şəhər 4 saylı körpələr evi-uşaq bağçası 6 qrup üzrə, 140 yerlik olmaqla fəaliyyət göstərir. 1980-ci ildə inşa edilmiş binanın yenidən tikintisi Heydər Əliyev Fondunun təşəbbüsü və Millət vəkili Məşhur Məmmədovun maliyyə dəstəyi ilə həyata keçirilmişdir. 2023-cü ilin 9 may tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yeni binanın açılış mərasimi keçirilmişdir.
Hal-hazırda bağçada 6 qrup üzrə 109 nəfər uşağın təlim-tərbiyəsi ilə 12 tərbiyəçi məşğuldur.
Избранный
0
1
azadmedia.az

2Источники