RU

"Qarabağ"lılar dünyasını dəyişən gənci yad etdi - VİDEO

Əvəzedicilərin Liqasında 33-cü tur keçirilib.

"Qarabağ"ın ikinci komandası "Sumqayıt-2"ni doğma meydanda məğlub edib - 2:0.

Ağdam təmsilçisi bu matçda 2 il əvvəl dünyasını dəyişmiş futbolçusunu da unutmayıb.

Söhbət 2023-cü ilin aprel ayında məşq zamanı isinmə hərəkətləri edərkən huşunu itirən və xəstəxanada dünyasını dəyişən Şirxan Həsənzadədən gedir.

Qurban Səfərov 47-ci dəqiqədə vurduğu qolu Şirxana həsr edib.

O, Həsənzadənin şəkli həkk olunan formanı kameralara göstərib.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Избранный
0
sportinfo.az

1Источники