BAKI, 9 may. TELEQRAF
Almaniyanın yeni Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.
Teleqraf xəbər verir ki, bu barədə Kansler özü məlumat yayıb.
O deyib: "Çox minnətdaram ki, dünən axşam Amerika Prezidenti ilə telefonda danışmaq və bu məsələni müzakirə etmək imkanım oldu. O, mənə Ukraynada 30 günlük qeyd-şərtsiz atəşkəs planı haqqında danışdı. Onunla tamamilə razıyam. Mən də bilirəm ki, Fransa, Böyük Britaniya və Polşa hökumətlərinin bu məsələ ilə bağlı mövqeləri üst-üstə düşür. Bu gün Rusiyada böyük hərbi paradın keçirildiyi gündür. Bu həftə sonu biz bu razılaşmadan kənara çıxacağıq və Ukraynada 30 günlük atəşkəs barədə razılaşacağıq”.