Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi ilə Mərakeş Krallığının İqtisadiİnklüzivlik, Kiçik Biznes, Məşğulluq və Bacarıqlar Nazirliyinintabeliyində fəaliyyət göstərən Məşğulluğun və Bacarıqların Təşviqiüzrə Milli Agentlik arasında əməkdaşlıq üzrə 2025–2026-cı illəriəhatə edən Fəaliyyət Planı imzalanıb.
Nazirliyin İctimiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, Fəaliyyət Planının imzalanma mərasimi Ümumdünya MəşğulluqXidmətləri Assosiasiyası (WAPES) tərəfindən Kot-d'İvuarRespublikasının Abican şəhərində keçirilən Dünya Konqresiçərçivəsində baş tutub.
Qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin təkmilləşdirilməsiməqsədilə imzalanan Plan aktiv məşğulluq tədbirləri, məşğulluqxidmətlərinin rəqəmsallaşdırılması peşə hazırlığı, işsiz şəxslərin,xüsusilə gənclərin məşğulluq imkanlarının artırılması və karyeraməsləhəti xidmətlərinin göstərilməsi istiqamətində əməkdaşlığınəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində iki qurum arasında qarşılıqlı tanışlıqsəfərlərinin, birgə tədbirlərin təşkil edilməsi nəzərdətutulur.