RU

Kür çayında daşqın riski - Qabaqlayıcı tədbirlər görülürmü?VİDEO

Kür çayında suyun səviyyəsi artıb, bəzi ərazilərdə daşaraq təsərrüfatlara ziyan vurub.

Xezerxeber.az xəbər verir ki, çayın Sabirabad rayonundan keçən hissəsində bir neçə ərazidə suyun səviyyəsi əsas mühavizə bəndinə çatıb.

Daşan suyun ətraf sahələrə yayılma riski artıb. Çayda olan su nasosları fəaliyyətini dayandırıb. Sakinlər deyirlər ki, suyun səviyyəsində hər gün artım müşahidə edilir. Qrunt suları həyətyanı sahələr dolmağa başlayıb.

Kürün Salyan rayon ərazisindən keçən hissəsində də bənzər vəziyyətdir.

Sakinlər deyirlər ki, Aşağı və Yuxarı Noxudlu kəndləri ərazisində su daşıb. 

Sakinlər təhlükə olan yerlərdə qabaqlayıcı tədbirlər görülməsini istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
0
1
xezerxeber.az

2Источники