RU

Tənzilə Rüstəmxanlı Xəlil Rza Ulutürkün yurdunda görüş keçirib



Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçalanın Yuxarı Qaramanlı kəndində sakinlərlə görüş keçirib. Newscenter.az xəbər verir ki, görüşdə 2-ci Qaralı və Pirəbbə kəndlərindən də sakinlər iştirak ediblər.

Deputat ilə görüşə gələn bir qrup kənd ağsaqqalı, - Kəlbəlayi Həmid kişi, Nazim müəllim, şəhid qardaşı Əfsər Əsgərov Tənzilə Rüstəmxanlının seçildiyi qısa zamanda yaşadıqları inzibati ərazidə 2 böyük məhəllə yolunun asfalt örtüyünün çəkdirilməsini, dahi şair Xəlil Rzanın abidə və bağının əsaslı şəkildə təmir etdirdiyini, həmçinin 3 kəndin ciddi problemi olan işıq xəttinin kabelləşməsi, təzə tikilən məktəbin 1 km-lik yolunun asfaltlanması məsələsini müvaqiq nazirliklər qarşısında qaldırdığına, deputat seçildiyi bir neçə ayda kənd sakinləri ilə 6 dəfə görüşlər keçirdiyinə, ayırdığı diqqətə görə Tənzilə Rüstəmxanlıya minnətdarlıqlarını ifadə ediblər.

Görüşə gələn sakinlər, kəndin suvarma sistemindəki nöqsanları, “Bankomat” aparatı, işsizlik və sairə problemləri deputatın diqqətinə çatdırıblar.

Neftçalanın Ərəbqardaşbəyli kənd sakini, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova Tənzilə xanımı yol problemilə əlaqədar öz kəndlərinə dəvət edib.

Görüşdən sonra Tənzilə xanım əvvəl Yuxarı Qaramanlı məktəbinə gedən yolun vəziyyəti ilə tanış oldu, sonra isə şəhid anası ilə birgə Ərəbqardaşbəyli kəndinə gedərək Şəhidlərin məzarını ziyarət edərək, onların yol ilən bağlı söylədikləri problemi dinləyib.

]

Süleyman
Избранный
0
newscenter.az

1Источники