RU

Redniklə bağlı məsələyə son qoymağın TƏK YOLU - "Kəpəz" rəhbərliyi nəyi gözləyir?

Bu gün "Kəpəz" ətrafında müzakirələr bitmir.

Sponsorun gəlişi ilə ( hələ rəsmiləşməmiş) pərdəarxası söhbətlər gündəmin əsas mövzusudur.

Təbii ki, yayılan informasiyalar çoxdur.

Ən diqqətçəkəni isə "Xəzər Lənkəran"dan tanıdığımız Mirça Rednikin bölgə klubuna baş məşqçi kimi gətirilməsidir.

Rumıniyalı mütəxəssis ölkəsinin mətbuatına faktı təsdiqləyib.

"Kəpəz" tərəfi isə Rumıniya mətbuatının yaydığı informasiyanı təkzib edib.

Kimin düz, kimin səhv olduğunu demək çətindir.

Bunun heç o qədər də önəmi yoxdur.

Məni bu dəqiqə təəssüfləndirən Azər Bağırovun durumudur.

O, dərənin dibində olan, az qalan mövsümün əvvəlindəncə artıq Birinci Liqanın planlarını quran "Kəpəz"i elitada saxlamağı bacardı.

Özü də hansısa təsadüflə yox, oynatdığı baxımlı futbolla.

Budur qarşılığı?

"Kəpəz" rəhbərliyi Redniklə bağlı yayılan informasiyaları təkzib etməli deyildi.

Bağırovla anlaşma müddətini rəsmi olaraq uzatmaqla bütün söhbətlərə son qoymalı idi.

Özü də indi yox, həftələr öncədən.

Onda son həftələrdəki nəticələr də daha yaxşı ola bilərdi.

Çünki açıq-aşkar görünür ki, meydandan kənar söz-söhbətlər kollektivin meydandakı mübarizəsinə də birbaşa təsir edir.

Təkzib etmək gözdən pərdə asmağa oxşadı.

Hətta dolayı yolla bəlkə də iddiaların həqiqət olmasını təsdiqlənmiş oldu.

XANOĞLAN İMANOV

Избранный
0
sportinfo.az

1Источники