RU

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub

Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun rəhbər və dinləyicilərindən ibarət nümayəndə heyəti tədris gəzintisi çərçivəsində Azərbaycanın Milli Müdafiə Universitetinə səfər edib.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər zamanı nümayəndə heyətinə universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, təqdimatlar nümayiş olunub. Həmçinin, iki ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Избранный
0
17
xezerxeber.az

10Источники