RU

Bu dərmanları pulsuz ALACAĞIQ

Azərbaycanda bir sıra dərman vasitələrinin icbari tibbi sığortaya daxil edilməsi gözlənilir.

Far.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən bildirilib. 

Qurumdan bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub. Lakin 2025-ci ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

Bununla yanaşı, ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı Xidmətlər Zərfinin genişləndirilməsi, yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulub.

Избранный
0
8
far.az

9Источники