RU

Aparıcı dünya mediası Moskvadakı paradı möhtəşəm bayram adlandırıb

Dünyanın aparıcı KİV-ləri Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçirilən tədbirlərin, xüsusilə Qızıl Meydanda keçirilən hərbi paradın möhtəşəm bayrama çevrildiyini bəyan ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dünyanın aparıcı KİV-ləri məlumat yayıb.

Britaniyanın “The İndependent” qəzeti yazır: “Rusiya İkinci Dünya Müharibəsində Sovet İttifaqının faşist Almaniyası üzərində qələbəsinin 80-ci ildönümünü möhtəşəm hərbi paradla qeyd etdi”.

“The New York Times” öz növbəsində qeyd edib ki, xarici dövlət başçılarının Moskvaya səfərləri ilə faşist Almaniyası üzərində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi Rusiyanın hərbi qüdrətinin nümayişinə çevrilib və bütün tədbirin guya “qlobal təsir nümayişi” kimi təşkil edilib.

Amerikanın CNN telekanalı xarici qonaqların siyahısının ötən illə müqayisədə xeyli genişləndiyini qeyd edərək, Moskvaya bir sıra yüksək rütbəli siyasətçilərin, o cümlədən Çin prezidenti Si Cinpin və Braziliya lideri Luiz İnasio Lula da Silvanın gəldiyini xatırladıb.

Избранный
0
nocomment.az

1Источники