RU

Qətərdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümümünasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəkisəfirliyində tədbir keçirilib.

Trendsəfirliyə istinadla xəbər verir ki, tədbirin əvvəlində Ulu Öndərinsəfirliyin inzibati binasının foyesindəki portreti önünə gülçələngi qoyulub və görkəmli dövlət xadiminin əziz xatirəsi yadedilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının QətərDövlətindəki səfiri Adış Məmmədov Ümummilli Liderin xalqımızıntarixində əvəzsiz xidmətlərindən və dövlət quruculuğu sahəsindəgördüyü işlərdən söz açaraq, Heydər Əliyevin müstəqil Azərbaycanınqurucusu olduğunu, demokratik cəmiyyəti formalaşdırdığını, ölkəninsabitliyini və inkişafını təmin etdiyini bildirib.

Diplomat vurğulayıb ki, ölkəmizin ən çətin günlərində, 1993-cüildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər HeydərƏliyev Azərbaycanın müstəqilliyini, suverenliyini qorumaq, əbədietmək üçün, harada yaşamasından asılı olmayaraq, hər kəsi bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirib.

A.Məmmədov bildirib ki, işğal olunmuş torpaqlarımızı azad görməkUlu Öndərin ən böyük arzusu idi. Bu gün Ümummilli Liderin ruhuşaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilərəşadətli ordumuz 30 ilik işğala son qoyub, tarixi ədaləti bərpaedərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edib. O,Ümummilli Liderin torpaqlarımızın işğalına son qoyulacağına inamınıheç vaxt itirmədiyini, çıxışlarında bir gün torpaqlarımızınişğaldan azad olacağını daim əminliklə səsləndirdiyini diqqətəçatdırıb.

Səfir çıxışında, həmçinin deyib ki, Ulu Öndər Azərbaycanıntəhlükəsizliyinin və gələcək iqtisadi inkişafının təminatı olaraq,dünyanın nəhəng neft korporasiyalarının sərmayələrinin Azərbaycaniqtisadiyyatına cəlb edilməsinə, böyük neft müqavilələrininimzalanmasına nail olub və Azərbaycan neftinin dünya bazarınaçıxışını təmin edən Bakı-Ceyhan neft kəmərinin tikintisi kiminəhəng layihənin memarı olub.

A.Məmmədov Azərbaycanın yerləşdiyi mürəkkəb regionu nəzərə alanUlu Öndərin dahi zəkası sayəsində, ölkəmizin növbəti onilliklərərzində müstəqil siyasi və iqtisadi siyasətinin formalaşdığınıbildirib. Səfir, həmçinin vurğulayıb ki, Ümummilli Liderin siyasikursunun layiqli davamçısı Prezident İlham Əliyevin peşəkaridarəçiliyi ilə bu gün Azərbaycan regionun güclü dövlətinəçevrilib, beynəlxalq münasibətlər sistemində respublikamızın nüfuzugündən-günə artıb.

Tədbirə gələn qonaqlar səfirliyin foyesində yaradılmış HeydərƏliyev guşəsində Ümummilli Liderin sovet və müstəqil Azərbaycandövründəki fəaliyyətini əks etdirən, müxtəlif xarici dillərdə dərcolunmuş zəngin kitablarla tanış olublar.

Избранный
0
4
az.trend.az

5Источники