Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
UEFA-nın saytının yaydığı xəbərə görə, bu nominasiyanın qalibi Yan Zommer olub. “İnter”in qapıçısı azarkeşlər arasında keçirilən sorğuda PSJ-nin müdafiəçisi Əşrəf Hakimini qabaqlayıb. İsveçrəli qapıçı Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə cavab oyununda (4:3) 7 seyv etməklə komandasının qələbəsində rol oynamışdı.
Turnirin finalında “İnter” və PSJ qarşılaşacaq. Matç mayın 31-də Münhendə keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта