Qələbə paradında Kursk vilayətinin azad edilməsində iştirak edən Şimalı Koreya (KXDR ) bölmələrinin komandirləri iştirak ediblər.
SİA-nın məlumatına görə, bu barədə Birinci Kanalda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib....Bunlar ən yüksək rütbəli zabitlər, yəni Koreya hərbçilərinin Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirakını təmin edən komandirlər idi, - deyə o bildirib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi əlavə edib ki, Rusiya lideri Şimali Koreya ordusunun zabitləri ilə görüşüb və onlara təşəkkür edib.
Əli Babayev