RU

Marneulidə torpaq uçqunu olub, ölən və yaralanan var

Marneulidə torpaq uçqunu nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.

“Report”un Gürcüstandakı bürosu 24News.ge portalına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Marneuli şəhərinin Çavçavadze küçəsində baş verib.

“China Group” şirkətinin iki əməkdaşı su-kanalizasiya sisteminin quraşdırılması zamanı qəfil torpaq sürüşməsi nəticəsində torpaq altında qalıb. Nəticədə işçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hər iki zərərçəkən Marneulinin Candar qəsəbəsinin sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
10
report.az

10Источники