RU

Recci Uolş - “Çelsi”nin yeni rekordçusu!

Konfrans Liqasının yarımfinalında “Yurqorden”lə ev oyunu (1:0) “Çelsi”nin ingilis mərkəz yarımmüdafiəçisi Recci Uolş üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Uolş 16 yaş 200 günlüyündə “zadəganalar”ın heyətində avrokuboklarda debüt edib.

Beləliklə, Uolş “Çelsi”nin avrokuboklar tarixində debüt etmiş “ən sütül zadəganı” – ən gənc oyunçusu olub.

Uolş oyuna başlanğıc heyətində başlayıb və oyunu sona qədər meydanda keçirib.

Xatırladaq ki, “Çelsi” “Yurqorden”i yarımfinalın ilk oyunu çərçivəsində “Stemford Bric”də 4:1 hesabı ilə məğlub etmişdi. Avropa Konfrans Liqasının finalına yüksəlmiş “Çelsi” həlledici oyunda “Betis”lə qarşılaşacaq. Final oyunu Polşanın Vrotslav şəhərinin eyni adlı şəhər stadionunda keçiriləcək.

Recci Uolş “Çelsi”nin məzunudur. London klubu Uolşla peşəkar müqavilə hələ imzalamayıb. Yeniyetmə yarımmüdafiəçinin buna yaşı hələ çatmır.

Cari mövsümdə Uolş “Çelsi” üçün 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Eyni zamnda Uolş “zadəganlar”ın U-18 və U-21 komandalardın çıxış edir.

Recci Uolş İngiltərənin U-15, U-16, U-17 komandalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.

Yeniyetmə futbolçunun qənimətlər muzeyi hələ boşdur, necə deyərlər, “nə yatıb ki, nə yuxu da görə”, – Uolş böyük futbolda qənimət qazanmağa macal tapmayıb.

Избранный
0
arena.az

1Источники