RU

Heç bir təzyiq Azərbaycanın Pakistanla bağlı mövqeyini dəyişdirməyəcək – ŞƏRH

Hindistanda Azərbaycan əleyhinə kütləvi boykot kampaniyası başladılıb. Buna səbəb Azərbaycanın Pakistana dəstəyi olub.

Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərbaycan malları almamağa çağırıb. İlin əvvəlindən Azərbaycana gələn turist sayına görə Hindistan 2-ci yerdədir.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını hərbi jurnalist Səxavət Məmməd cavablandırıb.

O bildirib ki, Hindistan ölkəmizə qarşı hansı addımı atsa da, Azərbaycan öz mövqeyini dəyişməyəcək.

“Hindistan ilə Pakistan arasında baş verən toqqışma ilə bağlı, təbii ki, bir çox dövlətlər artıq mövqeyini qoyublar. Pakistan ilə Azərbaycan arasında olan münasibətləri nəzərə alsaq, Azərbaycan tərəfinin ümumiyyətlə Pakistana dəstək verəcəyi labud idi, açıq idi.

Nəzərə almaq lazımdır ki, Azərbaycan aviaparkını Pakistan hərbi təyarələri – JF-17-lərlə təmin etdi. Bu da deməkdir ki, iki dövlət arasında strateji mütləfiqlik var.

Ermənistan isə Hindistandan istər antidron sistemləri, istər haubitsalar və yaxud raketlər alır. Ona görə də Cənubi Qafqazda, yəni Ermənistan və Azərbaycanın ümumiyyətlə Hindistan-Pakistan məsələsinə münasibəti bu formadadır.

Ona görə də təbii ki, Hindistan tərəfində bir çoxları buna narazılıb edirlər. Bildirirlər ki, Azərbaycana turistlər gətməməlidir, yaxud gəlməməlidir.

Bu, Azərbaycanın turizm sahəsinə nə qədər ziyar vurar, onu hər halda mənim sahəm olmadığı üçün deyə bilmərəm. Amma hər halda Hindistan tərəfi də bilməli idi ki, əgər Pakistanla münasibətlər bu formada olacaqsa, Azərbaycan konkret olaraq kimin yanında yer alacaq ve kimə siyasi və yaxud da ki, hər bir formada dəstək göstərəcək.

Düşünürəm ki, Hindistan tərəfinin indiki atdığı addımların və yaxud, bunu təzyiq kimi nəzərə alsaq, təzyiqlərin heç birinin heç bir əsası yoxdur və hesab edirəm ki, Azərbaycan tərəfinin heç bir mövqeyini dəyişdirməyəcək.

Hətta Azərbaycan turizm sahəsində maliyyə itkilərinə getsə belə, Azərbaycan tərəfinin bu fikrini dəyişdirməyəcək və Azərbaycanın mövqeyi olduğu kimi də qalacaq”, – hərbi jurnalist vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
0
interpress.az

1Источники