RU

İranda Şəhid Rəcai limanında baş verən partlayışlarda 11 işçi itkin düşüb - FOTO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışdan sonra 11 nəfər itkin düşüb.
 
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İran KİV-ə açıqlamasında Hörmüzgan əyalətinin Əməkçilər Evinin məsul katibi İsmail Hacızadə məlumat verib:
 
"Şəhid Rəcai limanında 11 işçi itkin düşüb və onların taleyi barədə məlumat yoxdur".
 
Qeyd edək ki, Hörmüzgan əyalətinin Ədliyyə İdarəsi limandakı partlayışlarda ölənlərin sayını 70-dən 57-yə endirərək, say dəyişikliyinə səbəb kimi "parçalanmış cəsədlərin hissələrinin müxtəlif bağlamalara toplanması" olduğunu bildirib.

 

Избранный
0
2
moderator.az

3Источники