RU

Xarıbülbül Beynəlxalq Folklor Festivalına 1.9 milyon manat xərclənəcək

BAKI, 9 may. TELEQRAF

"AQS Group" MMC “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının təşkili üçün 1.9 milyon manat xərc çəkəcək.

Teleqraf xəbər verir ki, "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən elan olunan “Xarıbülbül” VIII Beynəlxalq Folklor Festivalının təşkili ilə əlaqədar xidmətlərin satın alınması üzrə tenderin qalibi "AQS Group" MMC olub. Şirkət festivalla bağlı xidmətlərin həyata keçirilməsinə görə 1.900.000 manat vəsait xərcləyəcək.

Müqaviləyə əsasən, işlərə mayın 8-dən başlanılıb.

Qeyd edək ki, "AQS Group" MMC daha öncə Dövlət Turizm Agentliyi tərəfindən təşkil olunan digər bir festival – Şamaxı şəhərinin Meysəri kəndində keçirilən Üzüm və Şərab Festivalı ilə əlaqədar elan olunmuş tenderin qalibi olub. Həmin layihə çərçivəsində şirkət 578.220,06 manatlıq xidmət göstərib.

Избранный
0
teleqraf.com

1Источники