RU

“Sabah” – “Şamaxı” matçına doğru: cəzalı yoxdu, zədəlilər var

Bu gün Misli Premyer Liqasının XXXIV turunda “Sabah” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Paytaxt təmsilçisində zədəli olan Amin Seydiyev, Coy Lens Mikels, Kahim Parris və Xəyal Əliyev bölgə klubuna qarşı forma geyinə bilməyəcək. 

“Şamaxı” da matçı itkilərlə çıxır. Rafael Məhərrəmli və Vasiliye Radenoviç zədə səbəbindən “Sabah”a qarşı oyunu buraxmalı olacaq. İki komandanınn heyətində də cəzalı futbolçu yoxdur. 

“Sabah” – “Şamaxı” oyunu bu gün saat 19:00-da start götürəcək.

 

Избранный
0
idmanxeber.az

1Источники