Rusiya Prezidenti Vladimir Putinin Qələbənin 80 illiyi şərəfinə elan etdiyi Ukraynada 72 saatlıq atəşkəs qüvvəyə minib. Atəşkəs mayın 8-də Moskva vaxtı ilə saat 00:00-da qüvvəyə minib. Məlumatı “Anadolu” verib.
Aprelin 28-də Rusiya prezidenti bəyan edib ki, “humanitar səbəblərdən Qələbənin 80-ci ildönümündə” mayın 8-i Moskva vaxtı ilə saat 00:00-dan mayın 11-i Moskva vaxtı ilə saat 00:00-a qədər Rusiya Ukraynadakı münaqişədə atəşkəs elan edəcək. Bu müddət ərzində bütün hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.
Ukrayna tərəfi Qələbə Gününə qədər qısamüddətli atəşkəs mümkünlüyünü rədd edib. Ukrayna prezidenti Vladimir Zelenski təkcə Qələbənin 80-ci ildönümü ilə bağlı deyil, 30 günlük atəşkəsə çağırıb: “Mayın 8-ni gözləmək üçün heç bir səbəb yoxdur. Yanğın bir neçə gündən çox dayandırılmalıdır. “Dərhal, tam və qeyd-şərtsiz atəşkəs və ən azı 30 gündür”.
Ukrayna lideri onu da bildirib ki, Kiyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz: “Biz Rusiya Federasiyasının ərazisində baş verənlərə görə məsuliyyət daşıya bilmərik. Onlar sizin təhlükəsizliyinizi təmin edirlər, buna görə də biz sizə heç bir zəmanət verməyəcəyik".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Ukrayna Qələbə bayramı zamanı hücumlarını davam etdirərsə, Rusiya müvafiq cavab verəcək”.
P.ƏMİRCANOV
XQ